Ruslan Abışov “Neftçi”də

Milli komandamızın üzvü Ruslan Abışov karyerasını "Neftçi"də davam etdirəcək.

Olimpsport.az xəbər verir ki, Abışovun son klubu olan "İnter"lə mövsümün sonuna qədər müqaviləsi var idi.

Qeyd edək ki, 29 yaşlı müdafiəçi 2006-2012-ci illərdə də yetirməsi olduğu "Neftçi"də çıxış edib. Bu, "Neftçi"nin 7-ci transferidir. Paytaxt klubu buna qədər Namiq Ələsgərov, Georgi Navalovski, Zdenek Folprext, İqnasio Errera, Kirill Petrov və Pavel Dreksanı heyətinə cəlb edib.