"Şəmkir" Türkiyə klubuna qalib gəldi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan  "Şəmkir" bu gün ilk yoxlama oyununu keçirib.

Olimpsport.az xəbər verir ki,  I divizion təmsilçisi Türkiyənin aşağı liqasında çıxış edən "Kuşadası" ilə üz-üzə gəlib. Qarşılaşma Qəhrəman Əliyevin komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda yeganə qolu 78-ci dəqiqədə Etibar Süleymanov vurub.