AFFA ad günü münasibətilə Robert Prosineçkini təbrik edib - FOTOLAR

Bu gün futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin doğum günüdür. Olimpsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssisin 48 yaşı tamam olur.

Bu münasibətlə AFFA R.Prosineçkini təbrik edib və qurumun inzibati binasında üzərində 2018-ci il dünya çempionatının seçmə mərhələsində millinin şüarı olan "Niyə də yox?! yazılmış tort kəsilib.

Bir müddətdir vətənində olan Prosineçki Bakıya bu gün gəlib. O, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının və klubların qış hazırlığını izləmək üçün sabah Türkiyənin Antalya şəhərinə yola düşəcək.