"Qarabağ" Coşqun Diniyevi itirdi

“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir. Olimpsport.az xəbər verir ki, ağdamılıların məşqində futbolçu Coşqun Diniyev zədələnib.

 

Ayağından xəsarət alan futbolçu MRT müayinəsindən keçib və ən azı 1 həftə məşqlərə qatıla bilməyəcək.

 

Yarımmüdafiəçinin bir həftədən sonra fərdi məşqlərə başlayacağı gözlənilir.