"Sumqayıt" 1:3 hesablı məğlubiyyətə üzülüb

Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün ilk yoxlama matçına çıxıb. Olimpsport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi “Şkenderbeu” ilə üz-üzə gəlib.

 

Antalyada 3 yoxlama matçı keçirməyi planlaşdıran baş məşqçi Samir Abasov yetirmələrini ilk olaraq Albaniya klubu ilə görüşdə sınağa çəkib. 

 

Oyun ərzində rəqibindən zəif təsir bağışlayan "kimyaçılar" 1:3 hesablı məğlubiyyətə üzülüb.

 

Qeyd edək ki, “Sumqayıt” Türkiyədə olduğu müddətdə “Nasaf” (Özbəkistan: 16 yanvar) və “Atırau” (Qazaxıstan: 19 yanvar) ilə də yoxlama görüşü keçirəcək.

 

Yoxlama oyunu

13 yanvar

"Sumqayıt" - "Şkenderbeu" (Albaniya) - 1:3

Qol: Mirabdulla Abbasov, 90

 

“Sumqayıt”ın start heyəti: Fərhad Vəliyev, Bəxtiyar Həsənalızadə, Vurğun Hüseynov, Rail Məlikov, Azər Salahlı, Vaquf Güləliyev, Sergey Çernışev, Fərhat Qıstarov, Amil Yunanov, Xəyal Nəcəfov, Məhəmməd Qurbanov