Filip Ozobiç “Qəbələ”yə qoşuldu

2016-2017-ci il mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" təlim-məşq toplanışının 6-cı gününü yekunlaşdırıb. Olimpsport.az klubun saytına istinadən xəbər verir ki, Roman Qriqorçukun yetirmələri günün ilk yarısında nəzəri məşğələ keçiblər.

 

Günün ikinci hissəsində baş tutan məşq prosesində “qırmızı-qaralar” toplu çalışmalarla hazırlıq keçib. Xorvatiya milli komandasına çağırılıb, yığmanın heyətində “China Cup 2017”də iştirak edən Filip Ozobiç də “Qəbələ”nin Antalyadakı düşərgəsinə qoşulub. Bərpa prosesi keçən Baqali Dabo, Məhəmməd Mirzəbəyov, Elvin Camalov və Murad Musayev fərdi hazırlıqla kifayətlənib.