“Qarabağ”ın vuran ayağı “61”lə getdi

Braziliyalı futbolçu Reynaldonun “Qarabağ” karyerası başa çatır. Olimpsport.az xəbər verir ki, 2013-cü ildən Ağdam təmsilçisinin uğurları üçün çalışan legioner ölkəmizdə 4 il keçirib.

 

Onun “Qarabağ”dakı ilk oyunu və qolu 2012/13 mövsümünün ikinci yarısına təsadüf edib. Yanvarda transfer olunan Reynaldo 2013-cü il fevralın 2-də “ağ-qara” forma geyinib. O, “Sumqayıt” üzərində 3:0 hesablı ev qələbəsində pay sahibi olub.

 

Belçika “Anderlext”indən gəldiyi vaxt daha çox yarımmüdafiəçi kimi çıxış edən futbolçu qol hesabını aprelin 13-də açıb. “Qəbələ” ilə səfər matçında dubla imza atan cənubi amerikalı 2:0 hesablı qələbənin memarı olub.

 

Ümumilikdə isə Reynaldo “Qarabağ”da 134 matç keçirib. Bunlardan 87-si Premyer Liqa, 12-si kubok, 35-i avrokuboklara təsadüf edib.

 

“Qarabağ”ın əsas qol silahı olan “sambaçı” 4 ildə 61 dəfə rəqib qapılarına yol tapıb. Bu qollardan 43-ü çempionat, 7-si kubok, 11-i avrokubokda qeydə alınıb.

 

Lakin braziliyalının xatirəsində daha 2 oyun və 4 qol da var. Bunlar nəticəsi ləğv olunan və hesabdan silinənlərdi. O, həm “Sumqayıt”, həm də “Araz-Naxçıvan”la görüşlərdə dubl müəllifi olmağı bacarıb.

 

Reynaldo 4 il ərzində bir sıra titullara yiyələnib. Ardıcıl 3 dəfə - 2013/14, 2014/15 və 2015/16 mövsümlərində Azərbaycan çempionu, 2014/15 və 2015/16 mövsümlərində isə Azərbaycan kubokunun qalibi olub.

 

2012/13 mövsümündə çempionatın gümüş mükafatını əldə edən legioner 2013/14 mövsümündə Premyer Liqanın ən yaxşı bombardiri adına yiyələnib. Azərbaycan klublarında avrokuboklarda ən çox qol vuran futbolçu ünvanı da məhz Reynaldoya məxsusdu.

 

Qeyd edək ki, Reynaldo bu gün Türkiyənin “Adanaspor” klubu ilə müqavilə imzalayacaq.(Apasport.az)

 

turnir

oyun

qol

2012/13 mövsümü

Premyer Liqa

9

2

Kubok

3

0

2013/14 mövsümü

Avropa Liqası

7

5

Premyer Liqa

31

22

Kubok

2

2

2014/15 mövsümü

Çempionlar Liqası

3

2

Avropa Liqası

6

0

Premyer Liqa

23

10

Kubok

4

4

2015/16 mövsümü

Çempionlar Liqası

4

1

Avropa Liqası

4

1

Premyer Liqa

14

5

Kubok

3

1

2016/17 mövsümü

Çempionlar Liqası

4

1

Avropa Liqası

7

1

Premyer Liqa

10

4

Kubok

0

0

CƏMİ

Çempionlar Liqası

11

4

Avropa Liqası

24

7

Avrokuboklar

35

11

Premyer Liqa

87

43

Kubok

12

7

ÜMUMİ

134

61