"İnter" dağılmaq təhlükəsi ilə üz-üzədi

"İnter"də problemlər bitmək bilmir. Olimpsport.az Sport7.az saytına istinadən xəbər verir ki, qış fasiləsində əsas heyət üzvlərindən Ağabala Ramazanovla Ruslan Abışovu itirən "İnter" dağılmaq təhlükəsi ilə üz-üzədi.

 

"İnter"in futbolçuları artıq 3 aydan çoxdu maaş üzünə həsrətdilər. Pulsuzluq dərdi ilə yanaşı, klubun gələcəyinin qeyri-müəyyən olması futbolçularda psixoloji gərginlik yaradıb.

Beynəlxalq Bankın imtinasından sonra kluba SOCAR-ın nəzarət edəcəyi deyilsə də, hələlik ortada konkret heç nə yoxdu. Futbolçuların qarşısına çıxan, maaşların nə vaxt ödəniləcəyini deyən məsul şəxs də tapılmır. Hadisələrin gedişi  "İnter"i irəlidə yaxşı günlərin gözləmədiyindən xəbər verir.

Topaz Premyer Liqasının III dövrəsi başlayana qədər problem həll olunmazsa, paytaxt klubu tarixin yaddaşına da köçə bilər.