"Neftçi" Kastilyonu itirdi

Topaz Premyer Liqasının XV turunda “Qarabağ”la qarşılaşacaq “Neftçi” matçın hazırlıqlarını davam etdirir. Olimpsport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumatına görə, bakılılar görüşə itkilərlə hazırlaşırlar.

 

Belə ki, müdafiəçi Rahil Məmmədovdan sonra daha iki oyunçu sıradan çıxıb. Bunlar müdafiəçi Elvin Bədəlov və yarımmüdafiəçi Edson Kastilyodu. Bədəlov diz oynağının iltihabı səbəbindən müalicə olunur. Onun yaxın günlərdə məşqlərə qatılması gözlənilir.

 

Kastilyonun zədəsi isə daha ciddidi. O, sağ diz oynaq bağının dartılması və hissəvi qopması səbəbindən təxminən 3 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu isə o deməkdi ki, venesuelalı futbolçu “Qarabağ”la, yanaşı, “Qəbələ”, “İnter” və “Sumqayıt”la çempionat matçlarını buraxacaq.

 

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” görüşü yanvarın 29-da keçiriləcək.