"“Neftçi” hər zaman “Neftçi”di" - Ansi Aqolli

“Qış fasiləsindən sonra çempionatın ilk oyunudu. Bu baxımdan fərqli qarşılaşma olacaq”. Olimpsport.az  xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun futbolçusu Ansi Aqolli deyib.

 

Ağdam təmsilçisi Premyer Liqanın XV turunda “Azərsun Arena”da “Neftçi”ni qəbul edəcək.

 

Klubun rəsmi saytına açıqlama verən Aqolli qarşılaşma ilə bağlı danışıb: “Oyuna yaxşı hazırlaşmışıq, bu qarşılaşmada qələbə qazanmağa çalışacağıq. “Neftçi” hər zaman “Neftçi”di, heyətini qış fasiləsində daha da gücləndirib. Bizi ciddi oyun və çətin mübarizə gözləyir. Bununla belə, lazım olan nəticəni qazanmaq üçün meydana çıxacağıq”.

 

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” qarşılaşması yanvarın 29-da keçiriləcək.