"Sumqayıt" yeni futbolçu transfer etdi

Premyer Liqanın ikinci yarısına hazırlaşan "Sumqayıt" heyətini gücləndirib. Olimpsport.az klubun saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi U-21 millimizin heyətində çıxış etmiş Sergey Çernışevi heyətinə qatıb.

 

27 yaşlı cinah yarımmüdafiəçisi “Sumqayıt”la 1,5 illik müqavilə imzalayıb. O, yeni komandasında 7 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, 1990-cu ildə Bakıda doğulmuş Çernışev karyerası ərzində "Rəvan", "Taqanroq" (13 oyun, 4 qol), "Dinamo QTS" (28 oyun, 3 qol), "Lokomotiv" (8 oyun, 1 qol) və "Drujba" (15 oyun, 2 qol) klublarının şərəfini qoruyub.