Qəbələ” növbəti transferini gerçəkləşdirib

Qəbələ” növbəti transferini gerçəkləşdirib. Olimpsport.az xəbər verir ki, “qırmızı-qaralar” Rasim Ramaldanovu heyətinə qatıb.

31 yaşlı müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb. Ramaldanov Azərbaycanda “Simurq” (2008-2013), “Xəzər Lənkəran” (2013-2015) və “Sumqayıt” klublarında  (2016) çıxış edib. Gürcüstanda legioner həyatı yaşayan Ramaldanovun son klubu ötən il formasını geyindiyi “Kolxeti” olub. 2012-ci ildə Azərbaycan milli komandasında debüt edən futbolçu ölkəmizin əsas yığmasında 17 oyun keçirib.