"Zirə" fransalı hücumçu transfer etdi

“Zirə” qış "transfer pəncərəsi"ndə daha bir futbolçu ilə müqavilə imzalayıb. Olimpsport.az klubun saytına istinadən xəbər verir ki, hücum xəttini gücləndirmək məqsədi ilə fransalı Ben Sanqare heyətə cəlb olunub. Forvardla ilyarımlıq müqavilə imzalanıb.

 

“Nansi”nin yetirməsi olan Ben yeniyetmə yaşlarında Almaniyanın “Frayburq” klubunun ikinci komandasında da çıxış edib. Bundan sonra yenidən Fransaya dönən Seneqal əsilli 26 yaşlı hücumçu aşağı liqa klublarında forma geyinib.