“Qəbələ” Ruslan Qurbanovu itirib

Premyer Liqanın XV turu iki futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Olimpsport.az xəbər verir ki, AZAL Kamal Mirzəyevi, “Qəbələ” isə Ruslan Qurbanovu itirib.

 

Hər iki oyunçu çempionatın cari mövsümündə 4-cü sarı vərəqəni alıb. Bu da onların növbəti turda oynamamasına səbəb olub.

 

“Sumqayıt”la ev matçında cəzalanan Qurbanov sabiq komandası ilə görüşü buraxacaq. Belə ki, “Qəbələ” XVI turda “Neftçi”nin qonağı olacaq.

 

“Zirə” ilə səfər qarşılaşmasında aldığı vərəqəsi 4-cü olan Mirzəyev isə çempionatın liderinə qarşı oynamayacaq. AZAL “Qarabağ”la ev matçında bu futbolçunun xidmətindən məhrumdu.