Turun mərkəzi qarşılaşması Əliyar Ağayevə həvalə olunub

Azərbaycan Premyer Liqasında XVII turun təyinatları açıqlanıb.

Olimpsport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu gün start götürəcək turun mərkəzi qarşılaşması sayılan “İnter” - “Neftçi” görüşü FİFA referisi Əliyar Ağayevə həvalə olunub.

Azərbaycan Premyer Liqası, XVII tur

8 fevral (çərşənbə)

15:00. “Qəbələ” – AZAL

Hakimlər: İnqilab Məmmədov, Azər Əsgərov, İsgəndər Əliyev, Vaqif Musayev

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Abas Hüseynov

Hakim-inspektor: Rövşən Əhmədov

Qəbələ şəhər stadionu

17:30. “Qarabağ” – “Zirə”

Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Cəmil Quliyev, Fariz Yusifov

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Şaiq Həmidov

“Azərsun Arena”

9 fevral (cümə axşamı)

15:00. “Sumqayıt” – “Kəpəz”

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cavanşir Yusifov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Əhmədağa Cabbarov

"Kapital Bank Arena"

17:30. “İnter” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Haşımov

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Vüsal Əliyev

“İnter Arena”