Ozobiç komandasına 3 xal qazandırdı

Topaz Premyer Liqasının 17-ci turunun ilk oyunu başa çatıb. Olimpsport.az xəbər verir ki,Qəbələdə yerli komanda turnir cədvəlinin sonuncusu AZAL-ı sınağa çəkib. Meydan sahiblərinin ukraynalı çalışdırıcısı bir matç cəzalı olduğu üçün görüşü tribunadan izləyib. AZAL isə ötən tur “Qarabağ”la matçda olduğu kimi bu oyunda da iddialı rəqibinə qarşı müqavimət göstərib.

 

Buna baxmayaraq görüşdə əyalәt tәmsilçisi 2:0 hesablı qәlәbә qazanıb. Komandanın qollarını 63 vә 90-cı dәqiqәdә Filip Ozobiç vurub.

“Qəbələ” – AZAL - 2:0

Qollar: Filip Ozobiç, 64 (pen.), 90+3

İlk 2 dövrədəki oyunlar: 3:0, 0:0

Qəbələ şəhər stadionu

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 6. Rəşad Sadiqov (k), 7. Nika Kvekveskiri, 10. Ruslan Qurbanov, 14. Cavid Hüseynov, 15. Vitali Vernidub, 19. Filip Ozobiç, 31. Daniel Subotiç, 34. Ürfan Abbasov, 88. Tellur Mütəllimov
Ehtiyat oyunçular: 33. David Petrzkeviç, 4. Elvin Camalov, 9. Sergey Zenyov, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 21. Roman Hüseynov, 77. Araz Abdullayev
Məşqçi: Sənan Qurbanov

AZAL: 23. Aqil Məmmədov, 5. Kamil Hüseynov, 18. Ruslan Əmircanov, 44. Omeqa Alamadine, 24. Emin Cəfərquliyev (k), 14. İlqar Ələkbərov, 27. Rəşad Abdullayev, 19. Elnur Süleymanov, 77. Arkadi Qalperin, 10. Nuqzar Kvirtiya, 9. Röyal Nəcəfov
Ehtiyat oyunçular: 1. Tərlan Qasımzadə, 95. Şirməmməd Məmmədov, 3. Tural Hümbətov, 17. Eltun Hüseynov, 33. Seyidrəzi Ağayev, 16. Feyzi Aşkan, 11. Olvier Madu
Baş məşqçi: Tərlan Əhmədov