"Mən əllə oynamamışdım" - Subotiç

"Qəbələ"nin isveçrəli hücumçusu Daniel Subotiçin  müsahibəsi
 
- "Qəbələ"yə qayıdışın düşərli oldu. Hər iki oyunda meydana çıxırsan və köhnə-yeni komandan qalib gəlir...
- Qalib gələndə həmişə yaxşıdır. Ən vacibi də budur ki, 3 xal Qəbələdə qaldı. 
 
- Özü də bunu sənə yaxşı tanış olan AZAL üzəirndə qazandınız. Çünki 3 il öncə "Qəbələ"də debütün məhz bu komandaya qraşı olmuşdu və bunu qolla qeyd etmişdin...
- Əlbəttə, həmin matç xoş xatirə kimi yaddaşımda qalıb. Bu dəfə qol vurmasam da, komandamız yenə AZAL-a qalib gəldi. Əsas da budur. Sözsüz ki, belə komandalara qarşı oynamaq həmişə çətindir. Çünki böyük qüvvə ilə müdafiə olunurlar. Ancaq bu gün komandamız meydanda xarakter nümayiş etdirdi. İlk hissədə də yaxşı oynadıq. Ancaq fasilədən sonra daha yaxşı təsir başladıq. 
 
- Bəs ilk hissədə qol vurmağınıza nə mane oldu?
- Düzü, yaxşı imkanlarımız vardı. Ancaq qol vura bilmədik. Sadəcə, alınmadı. Gərək əlinə düşən fürsətləri dəyərləndirəsən. İlk hissədə pis oynadığımız deyə bilərəm. Yalnız qol çatmırdı. 
 
- Bunu ikinci hissədə xorvatiyalı komanda yoldaşın Filip Ozobiç edərək çempionatımızın yeni bombardiri oldu. Yəqin ki, ona görə çox sevinirsən...
- Əlbəttə. İlk növbədə ona görə ki, Ozobiç yaxşı futbolçudur. Hesab edirəm ki, o, Azərbaycan çempionatında ən yaxşı yarımmüdafiəçidir. Təbii ki, Ozobiç bu gün vurduğu 2 qolla ilk növbədə futbolçu kimi səviyyəsini, yüksək ustalığını göstərdi. Təbii ki, qələbəni 1 futbolçu yox, bütün komanda qazanır. Ancaq Filipə belə oyunda vurduğu vacib qollara görə "çox sağ ol" demək lazımdır. O, bu gün komandanın lideri kimi özünü göstərdi. 
 
- Ozobiçlə yaxın münasibətlərin keçmiş Yuqoslaviya təmsilçisi olmaqla bağlıdır, yoxsa onu əvvəldən tanıyırdın?
- Əlbəttə, Filipi tanıyırdım. Bu, uzun müddət önəcədən - hələ Moskva "Spartak"ında oynadığı vaxtdandır. Bu yaxında isə Xorvatiya milli komandasına cəlb olunaraq oynadı. Mən onun bu uğurlarına görə sevinirəm. Ozobiç yaxşı yox, çox yaxşı futbolçudur. 
 
- Belə yarımmüdafiəçisi olan komandada hücumçuya asan olur. Forvard yaxşı ötürmələrlə təzhiz olunur, qol vurmaq şansı artır...
- Təbii ki. Hücumçu yarımmüdafiəçidən çox asılıdır. Orta sahə oyunçu yaxşı olmalıdır ki, ön xətdə çıxış edən dəqiq ötürmələr ala, fərqlənə bilsin. Ozobiçlə yanaşı, Cavid Hüseynov, Ruslan Qurbanov, Araz Abdullayev və digər yarımmüdafiəçilərimizlə meydanda oynamaq mənə asan olur. 
 
- AZAL-ın qol vurmaq üçün bir neçə imkanı oldu ki, birində qapınıza zərbə cərimə meydanınızda sənin əlinə dəydi. Həmin epizodda penalti təyin olunmaması böyük müzakirə obyektinə çevrilib...
- Əvvəla, yaxşı qapıçımız var və biz bunu bilirik. AZAL-ın 3 zərbəsi oldu ki, Dmitri Bezotosnı "çərçivə"də inamlı oyunu ilə özünü göstərdi. O, zərbələrə əla reaksiya göstərdi. Həmin epizoda gəlincə, bu, təsadüfən alındı. Mən əllə oynamamışdım. Top bəlkə də qarnıma dəymişdi. Gərək videotəkrara baxasan. 
 
- Yəni hakimin haqlı qərar verdiyini düşünürsən...
- Əlbəttə. Hətta top əlimə dəyibsə belə, epizodu düzgün dəyərləndirmək lazımdır. Axı qəsdən əllə oynamamışam ki... Top əlimi tapdı. Beynəlxalq qaydalara görə bu halda penalti təyin olunmur. (sportnet.az)