Qurbanovun 400-cü sevinci

“Qarabağ” Qurban Qurbanovun baş məşqçiliyi altında 400-cü çempionat qolunu vurub. Olimpsport.az xəbər verir ki, əlamətdar qol Topaz Premyer Liqasının XVII turunun “Zirə” ilə matçına təsadüf edib.

 

2008-ci ildən komandaya rəhbərlik edən 45 yaşlı mütəxəssis bu qarşılaşmayadək çempionat oyunlarında 399 qola şahid olmuşdu. Zirəlilərlə matçda (2:0) hesabı açan Əfran İsmayılov bu rəqəmi 400-ə çatdırıb. Ardınca komandasının 2-ci qolunu vuran Dino Ndlovu isə 401-ci qolun müəllifi olub.

 

Qurbanov 9 ildə 275-ci Premyer Liqa matçında ağdamlılara rəhbərlik edib. Bu müddətdə komandanın orta məhsuldarlığı 1,458-ə bərabərdi.

 

mənbə:apasport.az