Vitali Vernidubun vəziyyətinə aydınlıq gəlib

“Qəbələ”nin müdafiəçisi Vitali Vernidubun vəziyyətinə aydınlıq gəlib. Olimpsport.az xəbər verir ki, Premyer Liqanın XVII turunun AZAL-la oyununda zədələnən ukraynalı futbolçunun zədəsinin ciddi olduğu aşkarlanıb.

 

Bu gün MRT-dən (Maqnit Rezonans Tomoqrafiyası) keçən Vernidubun ayağına gips qoyulub. “Qəbələ”nin həkimi Roman Jolobaylyuk  bildirib ki, Vitali ən azı 1 ay komandasına kömək edə bilməyəcək: “Bu gün tibbi müayinədən keçən Vernidubun topuğunda sınıq aşkarlandı. Ayağına gips qoyuldu. İki həftədən sonra təkrar müayinədən keçəcək. Ən azı 3 həftə müalicə prosesi davam etməlidi. Həmin müddətdən sonra isə bərpa prosesi başlanacaq və bunun dəqiq nə qədər çəkəcəyini indidən demək çətindi. Buna məşqçilər korpusu qərar verəcək”.

 

Müayinədən sonra futbolçunun müvafiq olaraq fərdi və kollektivlə məşqlərdə iştirak edəcəyini nəzərə alsaq, “Qəbələ”nin 1 aydan çox, təxminən 5-6 həftə Vernidubun xidmətindən məhrum olacağını proqnozlaşdırmaq mümkündü. 

 

mənbə:apasport.az