Dario Melnyakın yeni klubu müəyyənləşib

Noyabrda“Neftçi”dən göndərilən Dario Melnyakın yeni klubu müəyyənləşib. Olimpsport.az xəbər verir ki, xorvatiyalı müdafiəçinin transfer hüququna sahib olan Belçikanın “Lokeren” klubu onu yenidən icarəyə verib.

 

Melnyak mövsümün sonuna kimi ölkəsində çıxış edəcək. Xorvatiya təmsilçisi “Slaven Belupo” 25 yaşlı futbolçunu icarəyə götürüb.

 

“Slaven Belupo” Melnyak üçün yad komanda deyil. Sol cinah müdafiəçisi 2013-2015-ci illər ərzində məhz bu klubun formasını geyinib.