AFFA 3 klubu ümumilikdə 1800 manat cərimələyib

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Olimpsport.az xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XVIII turunda baş verənlər müzakirə olunub. Nəticədə 3 klub ümumilikdə 1800 manat cərimələnib.

 

“Zirə” – “Qəbələ” oyununda ikinci sarı vərəqə üzündən meydandan kənarlaşdırılıb, komandasını azlıqda qoyan Rasim Ramaldanov 1 matçlıq kənarlaşdırılıb. Müdafiəçi klubunu 200 manat ziyana salıb.

 

Bu qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Zirə” 800 manat cərimələnib. “Sumqayıt”la matçda 4 oyunçusuna xəbərdarlıq edilən “Neftçi”nin də cəzası eyni olub.