“Neftçi”də qeyri-adi hadisə baş verib

“Neftçi”də  qeyri-adi hadisə baş verib. Olimpsport.az Apasport.az saytına istinadən xəbər verir ki, Bakı klubunun fransalı hücumçusu Uqo Barqas “Sumqayıt”la matçlarda “dubl” müəllifi olub.

 

O, rəqib qapısına vurduğu 2 qolu iki gündə, iki komandanın heyətində gerçəkləşdirib. Fevralın 12-də əvəzedicilərin heyətində meydana çıxan legioner 45 dəqiqə oynadığı matçın 19-cu dəqiqəsində fərqlənib.

 

Ertəsi gün əsas komandaların görüşünün 78-ci dəqiqəsində oyuna daxil olan Barqas qələbə qolunun müəllifi kimi tarixə düşüb – 1:0. İki komandada üst-üstə 57 dəqiqə oynamaq imkanı qazanan Uqo hər iki gündə Sumqayıtın eyniadlı təmsilçisini məyus edib.

 

Bir futbolçunun iki gün qol vurması nadir hadisə sayılsa da, mümkünsüz deyil. Elə Azərbaycan çempionatlarında bir neçə dəfə bu hal qeydə alınıb. Barqas isə adını belə oyunçular sırasına əlavə edib.