PFL-dən daha bir təxirəsalma

Ölkədə hökm sürən əlverişsiz hava şəraiti səbəbindən daha bir oyun təxirə salınıb. Olimpsport.az xəbər verir ki, Peşəkar Futbol Liqası Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətlərinin çempionatının bir matçının vaxtını dəyişib.

 

Paytaxtda baş tutmalı olan “İnter” – “Zirə” görüşü bu gün deyil, fevralın 19-da reallaşacaq. Qarşılaşma 14:00-da “İnter Arena”da başlanacaq.