"Qarabağ" Qəbələyə təyyarə ilə yollanacaq

Topaz Premyer Liqanın 19-cu turunda "Qəbələ"nin qonağı olacaq "Qarabağ" bu gün səfərə çıxacaq.

Olimpsport.az xəbər verir ki, Ağdam təmsilçisi Qəbələyə təyyarə ilə yollanacaq. Komanda saat 17:00-da çarter reysi ilə yola düşəcək.

"Qarabağ"ın oyun öncəsi son məşqi sabaha nəzərdə tutulub.

Qeyd edək ki, fevralın 19-da keçiriləcək "Qəbələ" - "Qarabağ" matçı saat 17:30-da başlayacaq.(Qol.az)