Nazim Süleymanov - Bitməyən matçın qəhrəmanı

Nazim Süleymanov 1965-ci il fevralın 17-də Sumqayıt şəhərində anadan olub. 8-9 yaşlarından futbola başlayan Nazim 17 yaşında "Sintetik Kauçuk Zavodu"nun komandasında debüt edir.

İstedadlı futbolçu mütəxəssislərin diqqətini cəlb edir və SSRİ çempionatının ikinci liqasının 9-cu zonasında yarışan "Avtomobilçi" (Mingəçevir) klubunun heyətinə cəlb olunur. İnamlı oyunu ilə seçilən Nazim Azərbaycanın birinci komandası "Neftçi" klubuna dəvət alır. Bakı təmsilçisinin heyətində minlərlə futbolsevərin rəğbətini qazanan Nazim Süleymanovun adı indi də sevilərək səslənir.

Onun  karyerasının ən uğurlu illəri Rusiya çempionatında çıxışı ilə bağlıdır. 1996-cı ildə Alaniya Vladiqafqaz ilə Rusiya çempionu titulunu qazanan Nazim Süleymanov eyni zamanda Rusiya çempionatının ən sərrast futbolçusu kimi tarixə düşür. Bu unudulmaz futbolçunun karyerasında "Spartak Moskva", "Jemçujina-Soçi" kimi klubların adı var.

Oyunçu karyerasının bitirən Nazim Süleymanov məqşçilik fəaliyyətinə start verir. Rusiya çempionatında yarışan "Jemçujina-Soçi" klubunun əvəzedici heyətinin məşqçisi təyin olunun Nazim Süleymanovun komandası "Cənub" çempionatında 9-cu yerdə qərarlaşır. Növbəti il Vətənə dönən Süleymanov yenicə yaranmış "Xəzər-Lənkəran" klubuna baş məşqçi təyin olunur. Bir mövsüm bu komandanı çalışdıran mütəxəssis müvəqqəti olaraq Azərbaycan milli komandasına baş məşqçi təyin olunur. Nazim Süleymanovun daha sonra çalışdığı məkan "Bakı" futbol klubudur. O, həmin klubun gənclər komandasını çalışdırmışdır.

Olimpsport.az Nazim Süleymanovun Vladiqafqazda təşkil olunan yubiley tədbirindən Space tv-nin hazırladığı süjeti təqdim edir.