AFFA “Qəbələ” və “Qarabağ”ı cəzalandırdı

Bu gün  İntizam Komitəsinin növbəti iclası keçirilib. Olimpsport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub.


Topaz  Premyer Liqasının XIX turunun “İnter” – “Zirə” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).

Oyunun 74-cü dəqiqəsində “Zirə” klubunun 1 №-li futbolçusu
Anar Nəzirovun sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz  Premyer Liqasının XIX turunun “Sumqayıt” – AZAL görüşündə meydan sahiblərinin baş məşqçisi Samir Abasov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, bu hal ikinci dəfə təkrarlandığı üçün klub 1600 manat cərimə olunur(maddə 62).

Anoloji hadisə yenidən təkrarlanacağı təqdirdə kluba daha ağır sanksiya tətbiq olunacaq.

Topaz  Premyer Liqasının XIX turunun “Qəbələ” – “Qarabağ” matçı ilə bağlı İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:

  •  “Qəbələ” və “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün hər iki klub 800 manat cərimə olunur (maddə 52).
  • “Qəbələ” və “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün hər iki klub 1600 manat cərimə olunur (maddə 52).
  • “Qəbələ” klubunun azarkeşləri tərəfindən təhqiredici pankartların açılmasına görə klub 4000 manat cərimə olunur (maddə 42.7).

Topaz  Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIX turunun “Sumqayıt” – AZAL matçının 70-ci dəqiqəsində “Sumqayıt” klubunun 37 №-li futbolçusu Ülvi Kələşov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Topaz  Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIX turunun “İnter” – “Zirə” matçının  84-ci dəqiqəsində “Zirə” klubunun 34 №-li futbolçusu
Cavidan Ömərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).