“Böyük beşlik”də “Monako”, bizdə “Qəbələ”
“Monako” “Böyük beşlik” ölkələri üçün mövsümün yeni rekorduna imza atıb. Olimpsport.az xəbər verir ki, Apasport.az saytı cari mövsüm keçirilən bütün turnirlərdə ümumilikdə 111 dəfə fərqlənən “Knyazlıq klubu”nu Azərbaycan təmsilçiləri ilə müqayisə edib.
Görəsən, Azərbaycan Premyer Liqasında mübarizə aparan klublar mövsümdə neçə qol vurub?
“Monako” 4 turnirdə - çempionat, kubok, Liqa kuboku və avrokubokda oynasa da, ölkəmizin təmsilçiləri yalnız 3 sınağa çıxıb. Çünki bizdə Liqa kuboku və ya bu tip turnir yoxdu.
Bir sözlə, komandalarımız yalnız Premyer Liqa, kubok və avrokubokda fərqlənib. Bu üç yarışın yekununda “Qəbələ” hamıdan çox – 63 dəfə fərqlənib. Roman Qriqorçukun yetirmələri ən yaxın izləyicisi “Qarabağ”ı 1 top qabaqlayır.
Sonuncular Azərbaycan kubokunda, “Qəbələ” isə Premyer Liqa və qitə miqyaslı turnirdə daha çox qol vurub. Maraqlıdı ki, “Monako” təkcə “Liqa 1”də 76 qola sevinib. Bu isə təmsilçilərimizin ümumi qol sayından da çoxdu.
Məhsuldarlıqda 3-cü olan komandamız “İnter” liderlərdən az qala 2 dəfə geri qalır. Amma sabiq “bankirlər” avrokubok üzü görməyib. Ən az qol isə AZAL-ın hesabındadı. “Təyyarəçilər” yalnız 13 uğurlu uçuş edib.
Qeyd edək ki, “Monako” “Liqa 1”də 76, Fransa kubokunda 7, Liqa kubokunda 9, Çempionlar Liqasında 19 qol vurub. “Böyük beşlik”də ölkələrində 2-ci yerdə isə 109 qol vuran “Barselona”dı.
yer |
klub |
Premyer Liqa |
Kubok |
Avrokubok |
Cəmi |
1 |
Qəbələ |
38 |
5 |
20 |
63 |
2 |
Qarabağ |
32 |
16 |
14 |
62 |
3 |
İnter |
30 |
7 |
- |
37 |
4 |
Sumqayıt |
20 |
4 |
- |
24 |
5 |
Neftçi |
14 |
6 |
3 |
23 |
6 |
Zirə |
17 |
3 |
- |
20 |
7 |
Kəpəz |
12 |
5 |
1 |
18 |
8 |
AZAL |
8 |
5 |
- |
13 |