Dünya reytinqi: Qurbanov və Qriqorçuk neçəncidir?

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb. Olimpsport.az xəbər verir ki, siyahıda Azərbaycandan iki məşqçinin adı yer alıb.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov  yenə 452-ci yerdə qərarlaşıb. Onun hesabında 1361 xalı var.

Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk isə 7 pillə irəliləyərək  852 xalla 625-ci  yerdədir.

Qeyd edək ki, siyahıya “Real”ın baş məşqçisi Zinəddin Zidan başçılıq edir.  Luis Enrike (“Barselona) 2-ci, Dieqo Simeone (“Atletiko”) isə 3-cüdür.