Xəyallarım öldü!

“Lester”in keçmiş baş məşqçisi Kaludio Ranyeri işdən azad edildikdən sonra ilk açıqlamasını verib. Olimpsport.az xəbər verir ki, mütəxəssis məyus olduğunu dilə gətirib.

 

"Keçən ilki eyforiyadan və izdihamlı çempionluqdan sonra "Lester"də qalmağı xəyal edirdim. Ancaq bu olmadı. Dünən xəyallarım öldü! Macarə çox möhtəşəm idi və həmişə mənimlə yaşayacaq. Əldə etdiyimiz uğurun bir parçası olan hər kəsə, ən çox da azarkeşlərimizə qucaq dolusu təşəkkür edirəm. Siz birinci gündən məni ürəyinizə saldınız və sevdiniz. Mən də sizi sevirəm.vHeç kim bundan sonra bizim birlikdə etdyimizi edə bilməz. Ümid edirəm ki, siz bunu düşünəcək və hər gün gülümsəyəcəksiz necə ki, mən düşünüb gülümsəyəcəm. Bu, sevinc və gözəlliklə dolu unutmayacağım bir vaxt idi. Sizinlə birlikdə çempion olmaq çox xoş və qürur verici idi. Sağolun!"