Rəşad Sadıqov məşqlərə başlayıb

"Qarabağ”ın kapitanı Rəşad Sadıqov  komandasının ümumi məşqlərinə qoşulub.

Olimpsport.az xəbər verir ki, bu haqda Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov  jurnalistlərə açıqlamasında deyib. O bildirib ki Sadıqov həkimlərin nəzarəti altında çalışaraq, fiziki vəziyyətini yaxşılaşdırır: “Durumu yaxşılığa doğru gedir”.

Xatırladaq ki, Sadıqov Topaz Premyer Liqanın 15-ci turunun yanvarın 29-su “Neftçi”yə qarşı keçirilən oyununda zədə alıb və sonrakı 4 görüşün heç birində komandasına kömək edə bilməyib.