Topaz Premyer Liqasında 20-ci tura start verilir

Bu gün futbol üzrə Topaz Premyer Liqasında 20-ci turun oyunlarına start verilir. Olimpsport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Çempionatın autsayderi AZAL Şüvəlanda "Neftçi"ni qəbul edəcək. 15:30-da başlanacaq matçı Ömər Paşayev idarə edəcək.
Turun digər oyununda "Zirə" turnir cədvəlində 2 xal geri qaldığı "Sumqayıt"la üz-üzə gələcək. Start fiti saat 18:00-da səslənəcək matçda baş hakim Fariz Yusifov olacaq.  
Oyunlar "CBC Sport"la canlı yayımlanacaq.