Elxan Məmmədov seçki platformasını təqdim edib

AFFA-nın Baş katibi Elxan Məmmədov Avropanın bir neçə milli futbol asosiasiyasının rəhbərlərinə öz seçki platformasını təqdim edib.

AFFA-nın rəsmi saytının yaydığı xəbərə görə, Skandinaviya və Baltik ölkələrinin təşəbbüsü ilə Danimarkanın paytaxtı Kopenhagen şəhərində UEFA İcraiyyə Komitəsinə namizədlərlə görüş keçirilib. Tədbirdə 13 namizəddən AFFA-nın baş katibi Elxan Məmmədov da daxil olmaqla 7 namizəd iştirak edib. Namizədlər ayrılıqda Danimarka, Estoniya, Farer adaları, İslandiya, Latviya, Norveç və İsveç milli futbol asosiasiyalarının rəhbərlərinə öz seçki platformalarını təqdim ediblər və sualları cavablandırıblar.