Gəncədə heyətlər açıqlandı

Bu gün Topaz Premyer Liqasında XX tura yekun vurulacaq. Olimpsport.az xəbər verir ki, gün liderin matçı ilə başlayacaq. “Qəbələ” Gəncədə “Kəpəz”in qonağı olacaq. Roman Qriqorçukun yetirmələri ilk iki matçda məğlub etdiyi rəqiblə görüşün favoritidi. Amma çətin səfər sınağı “qırmızı-qaralar”a liderlik bahasına başa gələ bilər. Bu səbəbdən qəbələlilər mütləq qalib gəlməlidi. “Kəpəz” isə 6 oyunluq qələbə həsrətinə son qoymağı, ən azı 1 xal əldə etməyi düşünür. Şahin Diniyev hər dəfə üzləşdiyi istefa məsələsi ilə qarşı-qarşıya qoymamaq üçün yetirmələri lideri büdrətməlidi.

 

 

Azərbaycan Premyer Liqası

XX tur

28 fevral (çərşənbə axşamı)

15:00. “Kəpəz” – “Qəbələ”
Mövsümün ilk iki oyunu: 0:2, 1:2

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Orxan Məmmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Şahin Cəfərov 

Gəncə şəhər stadionu

“Kəpəz”: 30. Davud Kərimi, 21. Novruz Məmmədov, 36. Renan Silva, 25. Şəhriyar Əliyev, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 18. Tural Axundov (k), 17. Nicat Qurbanov, 10. Dario Federiko, 19. Orxan Əliyev, 77. Serjio Kosta

Ehtiyat oyunçular: 88. Tadas Simaitis, 15. Azad Kərimov, 7. Vüqar Bəybalayev, 80. Tural Rzayev, 9. Tural Qürbətov, 68. Əli Nuri, 90. Julien Ebah

Baş məşqçi: Şahin Diniyev

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 5. Rasim Ramaldanov, 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 14.Cavid Hüseynov (k), 17. Məhəmməd Mirzəbəyov, 19. Filip Ozobiç, 31. Daniel Subotiç, 77. Araz Abdullayev, 88. Tellur Mütəllimov

Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 8. Qismət Alıyev, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 18. Baqali Dabo, 27. Teo Uiks, 34. Urfan Abbasov

Baş məşqçi: Roman Qriqorçuk