"Kəpəz"in məşqçisi oyundan əvvəl təltif edildi

Bu gün Topaz Premyer Liqasında XX turun görüşləri keçirilir. Olimpsport.az xəbər verir ki, Gəncədə “Kəpəz” “Qəbələ”ni qəbul edir. Oyundan öncə  Azərbaycan futbolunun inkişafında yüksək xidmətlər göstərən "Kəpəz" klubunun qapıçılar üzrə məşqçisi, veteran futbolçu Nadir Şükürov 50 illik  yubileyi münasibətilə Milli Olimpiya Komitəsinin rəsmi nəşri olan "Olimpiya dünyası" qəzeti tərəfindən Milli Olimpiya Komitəsinin rəmzi hədiyələri və diplom ilə təltif edilib.