Gəncədə gərginlik, hər iki komanda azlıqda qaldı

Bu gün Topaz Premyer Liqada 20-ci tura yekun vurulacaq.

Olimpsport.az xəbər verir ki, lider “Qəbələ” Gəncədə “Kəpəz”in qonağıdır. Son 6 oyundur qələbəyə həsrət qalan Şahin Diniyevin komandası hesabı açıb. Şəhriyar Rəhimov rəqibi mərkəzə dəvət edib.

İlk hissənin sonlarına yaxın vəziyət gərginləşib. Meydan sahiblərinin 17 nömrəli oyunçusu Nicat Qurbanov, qonaqlardan isə  Nika Kvekveskiri birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

28 fevral (çərşənbə axşamı)

Topaz Premyer Liqası

XX tur

15:00. “Kəpəz” - “Qəbələ” - 1:0 (Birinci hissə)
Qol:
Şəhriyar Rəhimov, 36
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Orxan Məmmədov
Gəncə şəhər stadionu