“İnter”in Svanadze ilə 25-ci sevinci

Azərbaycan Premyer Liqasının XX turu “İnter”in baş məşqçisi Zaur Svanadze üçün əlamətdar olub. Olimpsport.az Apasport.az saytına istinadən xəbər verir ki, gürcüstanlı mütəxəssis ölkəmizdə 25-ci dəfə çempionat oyununda qələbə sevinci yaşayıb.

 

“Qarabağ” üzərində 1:0 hesablı qələbəyədək “İnter” Svanadzenin rəhbərliyi altında 24 dəfə 3 xal əldə etmişdi. Yubiley qələbəsi 56-cı matça təsadüf edib.

 

2015-ci ilin yayından komandanın baş məşqçisi olan Svanadze 2015/16 mövsümündə 36, cari çempionatda 20 matçda bu postda meydana çıxıb. 25 qələbəsi olan mütəxəssis 20 heç-heçəyə də şahid olub. Yetirmələri iki mövsümdə cəmi 11 dəfə ona üzüntü yaşadıb.

 

Zurab Xizanişvilinin qələbə topu ilə “İnter” gürcüstanlının rəhbərliyi altında 70-ci qolunu vurub. Rəqibləri isə paytaxt təmsilçisini 47 dəfə məyus edib.