İntizam Komitəsinin iclası keçirildi

İntizam Komitəsinin bu gün keçirilən iclasında I Divizionun XVII turunda baş verənlər müzakirə olunub. Olimpsport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olundu. 

I Divizionun XVII turunun “Şəmkir” – “Zaqatala” matçının 47 və 56-cı dəqiqələrində “Şəmkir” klubunun azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 80 manat cərimə olunur (maddə 52).

I Divizionun XIV turunun təxirə salınmış oyunu olan “Səbail” – “Mil-Muğan” matçında “Mil-Muğan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).

I Divizionun XIV turunun təxirə salınmış oyunu olan “Energetik” – MOİK matçının 20-ci dəqiqəsində “Energetik” klubunun 5 №-li futbolçusu Tural Məmmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

I Divizionun XIV turunun təxirə salınmış oyunu olan “Şahdağ” – “Zaqatala” matçının 81-ci dəqiqəsində “Şahdağ” klubunun 13 №-li futbolçusu Vüqar Asəliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).