Əliyar Ağayev Çempionlar Liqasında

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Gənclər Liqasının 1/4 final mərhələsinin oyununa təyinat alıb.

Olimpsport.az
xəbər verir ki, gənc beynəlxalq dərəcəli baş hakim Rusiyanın paytaxtı Moskvada MOİK və Portuqaliya "Benfika"sı arasında keçiriləcək ilk 1/4 final matçını idarə edəcək.

Ona Rza Məmmədovla Akif Əmirəli yan xətt hakimləri qismində yardımçı olacaqlar. 4-cü hakim funksiyasını rusiyalı Aleksandra Ponomaryova, hakim-inspektor Yuri Baskakov, UEFA nümayəndəsi isə qazaxıstanlı Oljas Abrayevdir.

Qeyd edək ki, martın 7-də "Oktyabr" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.