"Şahdağ" xeyriyyə aksiyası keçirəcək

Qusar Rayon İcra Hakimiyyəti və "Şahdağ" Futbol Klubunun birgə təşəbbüsü ilə xeyriyyə aksiyası keçiriləcək.
Olimpsport.az xəbər verir ki, qusarlılar rayon İcra Hakimiyyəti ilə birgə sərbəst hərəkətini itirmiş əlil, 1995-ci il təvəllüdlü Mürsəlov Şamil Elman oğluna yardım məqsədi ilə xeyriyyə aksiya keçirəcək. 

Belə ki, hal-hazırda Türkiyədə stasionar müalicədə olan Şamilin yaxın günlərdə olunacağı əməliyyat üçün 3500 manat vəsait lazımdır. Xeyriyə aksiyası birinci divizonun 18-ci turu çərçivəsində baş tutacaq "Şahdağ" - "MOİK" oyununda keçiriləcək.

Oyunun start fiti martın 4-ü saat 15:00-da "Şövkət Orduxanov" adına Qusar şəhər stadionunda səsləndiriləcək.