Qətər yığmasının heyəti açıqlanıb

Martın 9-da yoldaşlıq görüşündə Azərbaycan millisini qəbul edəcək Qətər yığmasının heyəti açıqlanıb. Olimpsport.az xəbər verir ki, baş məşqçi Jorje Fossati 28 futbolçuya dəvət göndərib.

 

Uruqvaylı mütəxəssis bu görüşə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bu ay keçiriləcək oyunlara hazırlıq gözü ilə baxır. Belə ki, martın 23-də İranı qəbul edəcək Qətər yığması bundan 5 gün sonra Özbəkistanın qonağı olacaq.

 

Azərbaycanla oyuna çağırılan futbolçular: 

Qapıçılar: Saad Əl Şeb (“Əl Sədd”), Omar Bari (“Əl Rayyan”), Xəlifə Ababakar (“El Caiş”)

Müdafiəçilər: İbrahim Majid, Medro Migel, Hamid İsmail, Musab Keder (hamısı “Əl Sədd”), Mohammed Musa, Əhməd Yasser (hər ikisi “Lekviya”), Bualem Xouki (“Əl-Ərəbi”), Fahad Əl-Abdulrahman (“Eupen”, Belçika)

Yarımmüdafiəçilər: Assim Madibo, Kərim Budiaf, Luis Martin, Əli Afif (hamısı “Lekviya”), Hassan Əl-Haidos, Ali Assad (hər ikisi “Əl Sədd”), Rodriqo Tabata (“Əl Rayyan”), Ahmed Abdul Maqsud (“Əl-Ərəbi”), Əkrəm Afif (“Sportinq Xixon”, İspaniya), Mehdi Əli, Yusif Hüseyn (hər ikisi “Əl Qarafa”)

Hücumçular: Almoez Əli, İsmail Mohammed (hər ikisi “Lekviya”), Ahmed Alaa, Sebastian Soria (hər ikisi “Əl Rayyan”), Meşal Abdullah (“Əl Əhli), Yasser Abu Bakr (“El Caiş”).

 

Qeyd edək ki, Qətər – Azərbaycan qarşılaşması Dohada yerləşən “Jassim bin Hamad” stadionunda keçiriləcək.