26-cı start

Bu gün təlim-məşq toplanışına start verən Azərbaycan millisi Qətərlə oyunun hazırlığına başlayıb. Olimpsport.az xəbər verir ki, Dohada keçiriləcək qarşılaşma yığmamızın 26-cı ilinin startı olacaq.

 

İlk rəsmi matçını 1992-ci il sentyabrın 17-də keçirən komandamız 25 il beynəlxalq səviyyəli matçlar keçirib. Komandamızın 25 illik yubileyinə 6 ay qalsa da, Asiyadakı görüş artıq 26-cı ilin başlanğıcıdı.

 

Millimizin start oyunlarının statistikasına baxsaq, futbolçularımız əvvəlki 25 ildən yalnız 5-də ilk matçda qalib gəlib. Lakin bunlardan da ikisi son üç ilə təsadüf edib. 2014-cü ilə Filippin (1:0), 2015-ci ilə Malta (2:0) üzərində qələbələrlə başlayan yığmamız ötən ili Qazaxıstan yenilgisi (0:1) ilə açıb.

 

Bu iki qələbədən başqa, 1993-cü ildəki Gürcüstan, 5 il sonrakı Moldova (hər ikisi 1:0), 2010-cu ildə isə İordaniya (2:0) ilə matçdakı uğurlar millinin aktivinə yazllmalıdı. İlk sınaqlardan 9-da bərabərlik qeydə alınıb. Bunlardan beşində 0:0, üçündə 2:2, birində 1:1-ə təsadüf olunub.

 

İlk görüşlərdən 11-də uduzmuşuq. Həmin yenilgilərin 6-da böyük hesab qeydə alınıb.

 

17 sentyabr 1992. Gürcaani. YO. Gürcüstan – Azərbaycan - 6:3

25 may 1993. Gəncə. YO. Azərbaycan – Gürcüstan - 1:0
19 aprel 1994. Ta Qali. YO. Malta – Azərbaycan - 5:0
29 mart 1995. Koşitse. AÇ. Slovakiya – Azərbaycan - 4:1
15 fevral 1996. Larnaka. YO. Estoniya – Azərbaycan - 0:0
1 mart 1997. Larnaka. YO. Azərbaycan – Estoniya - 0:2
22 mart 1998. Bakı. YO. Azərbaycan – Moldova - 1:0
6 mart 1999. Larnaka. YO. Azərbaycan – Estoniya - 2:2
6 fevral 2000. Ta`Qali. BT. Malta – Azərbaycan - 3:0
15 fevral 2001. Albena. YO. Özbəkistan – Azərbaycan - 2:1
20 fevral 2002. Sofiya. YO. Bolqarıstan – Azərbaycan - 3:0
12 fevral 2003. Podqoritsa. AÇ. Serbiya və Monteneqro – Azərbaycan - 2:2
18 fevral 2004. Ramat – Qann. YO. İsrail – Azərbaycan - 6:0
21 yanvar 2005. Port-of-Speyn. YO. Trinidad və Tobaqo – Azərbaycan - 1:0
28 fevral 2006. Bakı. YO. Azərbaycan – Ukrayna - 0:0
7 fevral 2007. Karşi. YO. Özbəkistan – Azərbaycan - 0:0
3 fevral 2008. Antalya. YO. Azərbaycan – Qazaxıstan - 0:0
1 fevral 2009. Dubay. YO. Azərbaycan - Özbəkistan - 1:1
25 fevral 2010. Əmman. YO. İordaniya - Azərbaycan - 0:2
9 fevral 2011. Dubay. YO. Azərbaycan – Macarıstan - 0:2

24 fevral 2012. Dubay. YO. Azərbaycan – Sinqapur - 2:2

1 fevral 2013. Dubay. YO. Azərbaycan – Özbəkistan - 0:0

5 mart 2014. Dubay. YO. Azərbaycan – Filippin - 1:0

28 mart 2015. Bakl. AÇ. Azərbaycan – Malta - 2:0

26 mart 2016. Antalya (Türkiyə). YO. Azərbaycan – Qazaxıstan - 0:1