"Neftçi"yə bir şad, bir bəd xəbər

Premyer Liqanın XXII turunda “Qəbələ”ni qəbul edəcək “Neftçi” matçın hazırlıqlarını davam etdirir. Olimpsport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin heyətində bir itki var.

 

Belə ki, yarımmüdafiəçi Cavid İmamverdiyev zədədən əziyyət çəkir. Son iki turu buraxan İmamverdiyev sabahkı görüşdə də məşqçilər korpusunun ixtiyarında olmayacaq.

 

Əvəzində kapitan Ruslan Abışovun zədə ilə bağlı heç bir problemi qalmayıb. Komanda yoldaşı kimi, Abışov da AZAL (1:0) və “Zirə” (1:2) ilə qarşılaşmalarda iştirak etməyib. Bu səbəbdən yığmanın Qətərlə yoldaşlıq görüşünü buraxan 30 yaşlı futbolçu artıq kollektivlə birgə məşqlərdə iştirak edir. Ruslan çox güman ki, “Qəbələ” ilə matçda start heyətində yer alacaq.

 

Qeyd edək ki, sabah 8-ci km qəsəbə stadionunda keçiriləcək “Neftçi” – “Qəbələ” oyunu saat 20:00-da start götürəcək.