Tərlan Əhmədov 100-ə çatır

Azərbaycan Premyer Liqasının XXII turu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov üçün əlamətdar olacaq. Olimpsport.az xəbər verir ki, “Qarabağ”la sabah səfərdə keçiriləcək görüş 46 yaşlı mütəxəssis üçün “təyyarəçilər”in “sükanı arxası”nda 100-cü matç kimi tarixə düşəcək.

 

2014-cü ilin martında AZAL-ın baş məşqçisi təyin olunan Əhmədov indiyədək Premyer Liqanın 99 qarşılaşmasında paytaxt təmsilçisinə rəhbərlik edib. 2013/14 mövsümünün sonluğunda, həmçinin növbəti iki çempionatda Bakı təmsilçisinə başçılıq edən çalışdırıcı üçün cari yarış 4-cüdü.

 

Bu müddətdə 24 qələbə sevinci yaşayan mütəxəssis 7 turdu yubiley – 25-ci uğurun həsrətindədi. Bu il qalib gələ bilməyən AZAL baş məşqçisinə bu sevinci bəxş etmək niyyətindədi.

 

Əhmədovun rəhbərliyi altında 27 heç-heçə edən AZAL 48 dəfə uduzub. Bu müddətdə 76 qol vuran bakılılar 126 top buraxıb.

 

Qeyd edək ki, Əhmədova qədər yalnız bir məşqçi – Əsgər Abdullayev AZAL-a 100 və daha çox matçda rəhbərlik edib.

 

Mövsüm

O

Q

H

M

T/F

X

2013/14

10

0

5

5

4-11

5

2014/15

32

10

9

13

37-42

39

2015/16

36

13

7

16

26-38

46

2016/17

21

1

6

14

9-35

9

Cəmi

99

24

27

48

76-126

99