“Neftçi” ilə görüşə hazır olmağım mümkün deyil”

“Qəbələ” mərkəz müdafiəçisi Rasim Ramaldanovun xidmətindən məhrum qalıb. Olimpsport.az xəbər verir ki, bu barədə apasport.az saytına 31 yaşlı müdafiəçi özü məlumat verib.

 

Premyer Liqanın XXI turunda “İnter”lə səfər qarşılaşmasında ayağından xəsarət alan Ramaldanov “Neftçi” ilə sabahkı matçı buraxmalı olacaq: “Zədəm elə də ciddi deyil. Amma fərdi məşqlərə yeni başlamışam. “Neftçi” ilə görüşə qədər tam hazır olmağım mümkün deyil. Ancaq AZAL-la səfər oyununa qədər məşqçilər korpusunun xidmətində olacam”.

 

Qeyd edək ki, Ramaldanovla yanaşı, digər müdafiəçi Vitali Vernidub və yarımmüdafiəçi Elvin Camalov da zədə ucbatından XXII tur çərçivəsində “Neftçi” ilə sabahkı görüşdə iştirak etməyəcək.