“Çempion biz olacağıq” – Daniel Subotiç
Azərbaycan Premyer Liqasının XXIII turunda “Qəbələ” AZAL-la 1:1 bərabərliyə razılaşdı. Görüş başa çatdıqdan sonra “qırmızı-qaralar”ın hücumçusu Daniel Subotiç jurnalistlərin suallarını cavablandırıb.
- Oyun haqqında nə deyə bilərsiz?
- Bu gün bəxt bizim tərəfimizdə deyildi. İlk hissədəki imkanlardan yararlanmaq lazım idi. Ancaq biz fürsəti boşa verdik. Yekunda isə son dəqiqə qolu ilə məğlub olduq. Neyləmək olar, önümüzdəki oyunlara baxacağıq.
- Öz oyununuzdan razı qaldınızmı?
- Xeyr. İlk hissədə qol vurmalı idim. Hücumçu kimi işimin öhdəsindən gələ bilmədim.
- Baş məşqçi oyundan sonra irad bildirdimi?
- Heç nə demədi. Sadəcə özümüzə gəlib, qabağa baxmalıyıq.
- Bu xal itkisi ilə çempionluqdan uzaq düşdüyünüzü demək olarmı?
- Son turlarda hadisələr istədiyimiz kimi alınmır. Bu da normaldı. Futbolda belə şeylər olur. Yaxşı oynasaq da, nəticə gəlmir.
- Bəs niyə belə alınır? Nədir bunun səbəbi?
- Hansısa bir səbəb göstərə bilmirəm. Fiziki və psixoliji olaraq hər şey qaydasındadı. Komandada atmosfer də qaydasındadı. “Neftçi”yə də, AZAL-a da qalib gəlməli idik.
- Çempionluq əldə edilməsə, necə olacaq?
- Bu barədə düşünmürük belə. Ancaq bizim məqsədimiz var və sona qədər mübarizə aparacağıq. Qarşıda hələ oyunlar var. İnanırıq ki, çempion biz olacağıq.