"Neftçi"nin futbolçuları millidən ayrıldı

"Neftçi"nin futbolçuları Ruslan Abışov və Namiq Ələsgərov millimizin düşərgəsindən ayrılıb.
 
Olimpsport.az xəbər verir ki, sözügedən oyunçular zədəli olduqları üçün DÇ-2018-in seçmə mərhələsində  Almaniya yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə təlim-məşq toplanışını tərk ediblər.
 
Qeyd edək ki, Azərbaycan - Almaniya görüşü martın 26-ı saat 20:00-da başlayacaq.