Elxan Məmmədov Berti Foqtsla görüşdü - FOTO

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts Bakıya gəlib. Olimpsport.az xəbər verir ki, bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov almaniyalı mütəxəssislə görüşüb.

 

Foqts DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Almaniya oyununu yayımlayacaq Almaniya televiziyasında ekspert qismində çıxış edəcək.  

 

Qeyd edək ki, martın 26-da baş tutacaq görüş saat 20:00-da start götürəcək.

 

Mənbə: affa.az