Azərbaycan Tiflisə 18 cüdoçu ilə yollanır

Martın 31-də Gürcüstanın paytaxtı Tiflisdə cüdo üzrə Qran-pri turniri start götürəcək. Olimpsport.az xəbər verir ki, 3 gün davam edəcək yarış üçün 38 ölkədən 263 (172 kişi, 91 qadın) idmançı sifariş olunub.

 

Turnirdə Azərbaycan da iştirak edəcək. Məşqçilər korpusu Tiflisdə əsasən ehtiyat qüvvəyə şans verəcək. Bu səbəbdən də yığmamızın heyətinə Sahib Əsgərov, Mehman Sadıqov (hər ikisi 60 kq), Emil Həsənov, İlkin Babazadə (hər ikisi 66 kq), Elvin Mustafayev, Telman Vəliyev (hər ikisi 73 kq), Rüfət İsmayılov, Afiq Səfərli (hər ikisi 81 kq), Əbdülhəqq Rəsullu, Tural Səfquliyev (hər ikisi 90 kq), Zelim Kotsoyev, Sənan Əhmədov (hər ikisi 100 kq), Leyla Əliyeva (48 kq), Nəzakət Əzizova (52 kq), Səkinə Zayırova (57 kq), Xanım Hüseynova, Nuriyyə Axundova (hər ikisi 63 kq) və Günel Həsənli (78 kq) daxil ediliblər.

 

Qeyd edək ki, millimizin əsas heyəti Qazaxıstanda təlim-məşq toplanışındadı.