AFFA “Zirə”ni cəzalandırdı

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Olimpsport.az xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XXIII turunun oyunlarında baş verənlər müzakirə olunub.

 

“Qarabağ”la matçda “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

Oyunun 66-cı dəqiqəsində Akeem Latifu (“Zirə”) ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün növbəti turu buraxacaq. Klub isə legionerinə görə 200 manat cərimə ödəyəcək.

 

Qeyd edək ki, "Zirə" - "Qarabağ" matçı qolsuz heç-heçə ilə bitib.