"Oyuna cəmi 3 min bilet qalıb” - NİYƏ DƏ YOX?!

DÇ-2018-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Almaniya matçına bilet satışı davam edir. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlunun verdiyi məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşdə anşlaq gözlənilir.

 

O bildirib ki, martın 26-da təşkil olunacaq oyun üçün biletlər bitmək üzrədi: “Stadionun tutumu media və VİP sektorlarla birgə təxminən 30 minə yaxındı. Bu sektorları nəzərə almasaq, satışa çıxarılan biletlərin böyük hissəsi satılıb. Oyuna cəmi 3 min bilet qalıb”.

 

Qeyd edək ki, matç saat 20:00-da başlayacaq.